Amerikaya yeni dərslərin verilməsinin vaxtıdır
https://azeri.sahartv.ir/news/İran-i284861-amerikaya_yeni_dərslərin_verilməsinin_vaxtıdır
İran İslam Respublikası silahlı qüvvələrinin baş sözçüsü vurğulayıb: Amerikanın rəftarı dünya xalqlarını bezdirib və Amerikaya yeni dərslərin verilməsinin vaxtıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2017 18:22 Asia/Baku
  • Amerikaya yeni dərslərin verilməsinin vaxtıdır
    Amerikaya yeni dərslərin verilməsinin vaxtıdır

İran İslam Respublikası silahlı qüvvələrinin baş sözçüsü vurğulayıb: Amerikanın rəftarı dünya xalqlarını bezdirib və Amerikaya yeni dərslərin verilməsinin vaxtıdır.

General-mayor Məsud Cəzayeri deyib: Zahirən Amerika prezidenti Donald Tramp söyüşdən savayı bir söz anlamır və müasir dünyada yeni qüdrət anlayışını anlamaq üçün şoklara ehtiyaclıdır.

İran İslam Respublikası silahlı qüvvələrinin baş sözçüsü bildirib ki, Amerika təcavüzkarlığı ilə mübarizə ciddi və məşq edilmiş bir məsələdir. O, deyib: Amerikanın Asiyanın qərbində iştirakı və hökmranlığı dövrü başa çatıb və amerikan yeni Yaxın Şərq planının ölümündən uzun müddətlər keçibdir.