Okt 12, 2017 20:01 Asia/Baku
  • İranın İslami Şura Məclisinin sədri
    İranın İslami Şura Məclisinin sədri

İranın İslami Şura Məclisinin sədri bu gün axşam Ümumdünya Parlamentlərarası Birliyin 137-ci iclasında iştirak etmək məqsədi ilə Rusiyaya yola düşüb.

İRNA-nın verdiyi məlumata görə, Ümumdünya Parlamentlərarası Birliyin 137-ci iclası oktyabrın 14-də Sankt Peterburq şəhərində , dini və etnik dialoq vasitəsi ilə sülh və multi külturalizmin inkişafı" adı altında öz işinə başlayacaq. 

İran İslam Respublikasının mövqelərinin açıqlanması, qarşılıqlı görüşlər, iştirakçı heyətlərlə görüş, İran parlamentinin sədrinin Rusiya səfərinin iş qrafikasına daxildir. 

Ümumdünya Parlamentlərarası Birliyin 137-ci iclası 1889-cu ildə ölkələrin parlamentləri arasında dialoq yolu ilə xalqlar arasında sülh və əməkdaşlığa şərait yaratmaq məqsədi ilə yaradıldı və onun qərargahı Cenevrədə yerləşir. 

Teqlər