Okt 13, 2017 14:47 Asia/Baku
  • Laricani: ABŞ-ın nüvə anlaşmasından  çıxması bu razılaşmanın sonu demək olacaq

İranın İslami Şura Məclisinin sədri deyib: Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxması bu nüvə razılaşmasının sonu demək olacaq.

İRİB-in verdiyi məlumata görə, Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiyada rəsmi səfərdə olan İİR parlametninin sədri Əli Laricani bu gün deyib: ABŞ-ın nüvə anlaşması qarşısındakı düşmənçilik mövqeyi beynəlxalq hərc-mərcliklə nəticələnir.

Laricani həmçinin Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlərdə ümidvarlıq edib ki, Rusiya nüvə anlaşması ardınca yaranan hazırkı vəziyyətin həllində əsaslı rola malik olacaq.

Parlamentlərarası İttifaqın beş günlük assambleyası 150-dən çox ölkənin parlament heyətlərinin iştirakı və "Multikulturalizm və dini və etnos dialoqu yolu ilə sülh" şüarı ilə Sankt-Peterburq şəhərində işə başlayacaq.

İran İslam Respublikasının mövqelərinin bəyan olunması, bu assambleyada iştirak edən parlamentlərin sədrləri ilə ikitərəfli görüşlərin keçirilməsi, İran İslam Şurası Məclisi sədrinin Rusiyaya 6 günlük səfər proqramına daxildir.

Teqlər