Məhəmməd Cavad Zərif: Təhdid heç vaxt İranlıları qorxuda bilməz
https://azeri.sahartv.ir/news/İran-i285133-məhəmməd_cavad_zərif_təhdid_heç_vaxt_İranlıları_qorxuda_bilməz
İran İslam Respublikasının xarici işlər naziri ABŞ prezidentinin İran və nüvə anlaşmasına qarşı sözlərini "içiboş" adlandırıb və deyib: İttiham, təhdid və hörmətsizlik etmək ilə iranlıları qorxutmaq mümkün deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2017 07:42 Asia/Baku
  • Məhəmməd Cavad Zərif: Təhdid heç vaxt İranlıları qorxuda bilməz
    Məhəmməd Cavad Zərif: Təhdid heç vaxt İranlıları qorxuda bilməz

İran İslam Respublikasının xarici işlər naziri ABŞ prezidentinin İran və nüvə anlaşmasına qarşı sözlərini "içiboş" adlandırıb və deyib: İttiham, təhdid və hörmətsizlik etmək ilə iranlıları qorxutmaq mümkün deyil.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı öz şəxsi Tvitter hesabında paylaşdığı yazıda deyib: Hamı yaxşı bilir ki, ABŞ prezidenti Donald Trampın dostluğu ən yüksək qiymət təklif edən tərəflərə satışla bağlıdır. 

Zərif daha sonra deyib: ABŞ prezidenti Donald Trampın İranla bağlı "içiboş" sözlərinin tərəfdarlarının Fars Körfəzindəki "Demokratiya Səngərləri" (Ərəbistan, BƏƏ və Bəhreyn) olması da təəccüblü sayılmır. 

İran xarici işlər naziri həmçinin yazıb: Sonda Tramp da öz sələfləri kimi İran xalqına qarşı təhdid və ittihamların faydasız olduğunu və İran xalqını qorxuda bilməyəcəyini dərk etmiş olacaq.