Okt 14, 2017 11:18 Asia/Baku
  • Laricani: ABŞ-ın beynəlxalq anlaşmalara sadiq olmaması TŞ-də araşdırılmalıdır
    Laricani: ABŞ-ın beynəlxalq anlaşmalara sadiq olmaması TŞ-də araşdırılmalıdır

İran İslam Şurası Məclisinin sədri deyib: ABŞ hökumətinin beynəlxalq anlaşmalara sadiq olmaması BMT-nin Təhlükəsizlik Şurasında araşdırılmalı və ölkələr tərəfindən qınanmalıdır.

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani cümə günü Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Parlamentlər Birliyinin iclası kənarında Qazaxıstan Milli Məclisinin sədri Nurlan Niqmatulin ilə görüşdə nüvə anlaşmasına və bu anlaşmaya nail olmaq üçün edilən səylərə işarə edərək, deyib: Bu ikitərəfli bir anlaşma deyil. Amma, Amerika ötən aylarda onu pozub. 

Laricani ABŞ-ın Paris İqlim Anlaşması və YUNESKO-dan çıxmasına da işarə edib və deyib: Əgər ABŞ-ın bu hərəkətlərinin qarşısı alınmazsa, ciddi problemlər yaranacaq. 

Qazaxıstan Milli Məclisinin sədri Nurlan Niqmatulin də bu görüşdə İranı Qazaxıstanın ən mühüm iqtisadi və ticarət şəriklərindən adlandırıb və deyib: Qazaxıstan daim İranın beynəlxalq təşkilatlardakı rolu və proqramlarını himayə edib. 

Teqlər