Okt 15, 2017 20:15 Asia/Baku
  • Laricani: Trampın strategiyası ABŞ-ın sədaqətsizliyini əks etdirir
    Laricani: Trampın strategiyası ABŞ-ın sədaqətsizliyini əks etdirir

İran parlamentinin sədri deyib: ABŞ prezidenti nə beynəlxalq razılaşmalara sadiqdir, nə də BMT-yə hörmət edir. Bütün ölkələrə Vaşinqtonun heç bir öhdəliyə sadiq qalmadığını əks etdirir.

İran Parlamenti İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında ABŞ prezidenti Donald Trampın İran əleyhinə düşmənçilik açıqlamasını Vaşinqtonun öhdəliyə sadiq qalmamasının göstəricisi adlandıran Əli Laricani bildirib: ABŞ dəfələrlə 1953-cü il İranın qanuni dövləti əleyhinə çevriliş, İslam İnqilabından sonra İranda çevriliş yaratmağa cəhd, İrana hücumda İraqın Bəəs rejiminə kömək, 1988-ci ildə İranın sərnişin təyyarəsini vurmaqla İranın daxili məsələlərinə müdaxilə edib. Hazırda da təəccübləndiricidir ki, bu ölkə prezidenti belə siyasi keçmişlə bu gün İran xalqı üçün ürək yandırır.

İran parlamentinin sədri İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah əleyhinə Trampın ittihamını ABŞ-ın İŞİD terror qruplaşmasını müdafiə istiqamətində dəyərləndirib və əlavə edib: Sepah ictimai hərbi qüvvədir və İraq və Suriya dövlətlərinin müraciətləri ilə onların xalqlarının köməyinə getdi ki, İŞİD-i məhv etsin. Lakin hazırda terrorizmə dəstəkdə suçlanıb.

Teqlər