Moqerini Aİ ölkələrini nüvə anlaşmasına dəstək verməyə çağırıb
Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi bu ittifaqa üzv ölkələrdən istəyibdir ki, İranın altılıq ölkələrilə nüvə anlaşmasını himayə etsinlər.
Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bu gün Lüksemburqda bu ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağının başlanmasından öncə nüvə anlaşması ilə bağlı deyib ki, nüvə anlaşması üçün alternativ məsələsini araşdırmır. O, bildirib ki, bu ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinin nüvə anlaşmasına güclü dəstək verəcəklərini gözləyir.
Moqerini əlavə edib: Avropa İttifaqının xarici işlər nazirlərindən Avropanın müttəfiq olması, həmçinin onların nüvə anlaşmasının icrası ilə bağlı tam himayə və öhdəlikləri barədə güclü bir siqnal göndərmələri gözlənilir.
Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi həmçinin özünün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə olmuş danışıqlarına işarə edərək, deyib ki, Amano ona İranın agentliyin müfəttişlərinin əlçatmalarına əsla mane olmadığını söyləyibdir.
Amanonun Moqerini ilə söhbətindəki bu sözləri elə bir halda söylənibdir ki, bundan öncə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə İranın nüvə anlaşmasına sadiq qaldığını vurğulayıbdır.
ABŞ prezidenti Donald Tramp cümə günü Vaşinqtonun Tehran qarşısındakı yeni strategiyasını elan edərək, İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etməyib və dünya ictimaiyyətinin, xüsusən Avropanın səylərinə rəğmən, onu təsdiq etməkdən imtina edibdir.
Trampın bu yeni münasibəti bir çox ölkə, orqan, beynəlxalq rəsmi və siyasi dairənin kəskin etirazları ilə üzləşibdir.