Laricani Rusiyaya səfərinin nəticələrini şərh edib
İslami Şura Məclisinin sədri Rusiyaya 3 günlük səfərinin sonunda bu səfər eləcə də Sankt Peterburqda palamentlərarası birliyin iclasının kənarında baş tutan görüşlər barədə deyib: Bu iclasda iştirak müxtəlif ölkələrin rəsmiləri ilə müzakirələrə əlverişli fürsət yaratdı.
İRİB-in verdiyi məlumata görə, Əli Laricani deyib: Bu səfərin məqsədlərindən biri Təhlükəsizlik Birliyinin iclasında iştirak etmək idi və regiondakı həssas durumu nəzərə alaraq xüsusi əhəmiyyət kəsb edirdi.
Laricani deyib: Parlamentlərarası birliyin iclasında da etnik və dini çeşidliliyin bir çox böhranların bəhanəsi olduğunu nəzərə alaraq müxtəlif məsələlər araşdırıldı.
Laricani Sankt Peterburq iclasının kənarında bəzi ölkələrin rəhbərləri ilə müzakirələrinə toxunaraq deyib: Bu görüşlərdə müxtəlif bölmələrdə qarşılıqlı əməkdaşlıqların gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparıldı.