General Baqiri Suriya prezidenti ilə görüşüb
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə Suriya prezidenti ilə görüşündə bu ölkədəki son durum barədə danışıqlar aparıb.
İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Palkovnik Məhəmməd Baqiri bu gün Dəməşqdə Suriya prezidenti Bəşar Əsəd ilə görüşündə Suriya ordusu və silahlı qüvvələrinin son qələbələri münasibəti ilə onu təbrik edib.
General Baqiri Suriya ərazilərinin tezliklə terrorizm fenomenindən tamamiylə təmizlənəcəyinə ümidvar olduğunu deyib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin İran İslam Respublikasının Suriya xalqı və dövlətinə dəstəyinin davam edəcəyini vurğulayıb.
Görüşdə Suriya prezidenti Bəşar Əsəd də İran islam inqilabının böyük rəhbərinin , İran İslam Respublikası dövləti və xalqının terrorizm ilə mübarizədə Suriyaya hərtərəfli himayələrini yüksək qiymətləndirib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi çərşənbə axşamı hərbi bir heyətin müşayiəti ilə Suriya paytaxtı Dəməşqə səfər edib. General Baqiri bu səfərdə Suriyanın müdafiə naziri Fəhəd Casim Əl-Fəric, Suriya Ordusu Baş Qərargah rəisi Əli Əyyub ilə görüşüb danışıqlar aparıb.
İran və Suriya arasında müdafiə və hərbi əməkdaşlıqlrın gücləndirilməsi, terrorizm ilə mübarizə sahəsində əməkdaşlıqların davam etdirilməsi və regionda təhlükəsizlik və sabitlik yollarının araşdırılması İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Suriyaya səfərinin məqsədlərini təşkil edir.