Okt 21, 2017 10:57 Asia/Baku
  • General Cəzairi: Müdafiə qüdrəti İranın qırmızı xəttidir
    General Cəzairi: Müdafiə qüdrəti İranın qırmızı xəttidir

İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü Qərb tərəfinin təhdidlərini nəzərə alaraq, İranın müdafiə qüdrətinin müzakirəyə açıq olmadığını və müdafiə qüdrətinin İran İslam Respublikasının qırmızı xətti olduğunu deyib.

İRİB-nin verdiyi məlumata görə, general Seyid Məsud Cəzairi İran İslam Respublikasının bu günkü dünyada Amerika və Beynəlxalq Sionizm kimi düşmənlər ilə üz-üzə olduğunu xatırladaraq, deyib: Siyasi bleflər və təzyiqlər İranın müdafiə qüdrətini önləmək üçündür. Amma, İran İslam Respublikası bütün bunlara əhəmiyyət verməyərək, öz younu davam etdirir. 

İran Silahlı Qüvvələrinin sözçüsü ölkələrin raket potensialını məhdudlaşdırmaq üçün hansısa beynəlxalq müqavilənin olmadığına işarə edərək, deyib: Nüvə enerjisi məsələsi raket və müdafiə məsələsi ilə tam fərqli bir məsələdir və İran heç vaxt öz hərbi-müdafiə qüdrətinin diplomatik müzakirələrin təsiri altına düşməsinə icazə verməyəcək. 

General Cəzairi İranın hərbi attaşelərinin İraq və Suriyadakı iştirakı barədə isə deyib: İranlı hərbi attaşelərin bəzi region ölkəsindəki iştirakı həmin ölkələrin rəsmi istəyi əsasında baş tutan tamamilə qanuni bir işdir və həmin ölkələrin istədikləri zamana kimi İran İslam Respublikası onlara öz yardımlarını əsirgəməyəcək. 

İran Silahlı Qüvvələrinin sözçüsü ABŞ-ı dünyada terrorizmin ən böyük qaynağı adlandırıb və deyib: ABŞ hərbçilərinin regiondakı iştirakı vəkalət müharibələrini himayə məqsədi daşıyır. 

General Cəzairi sonda deyib: İran dəfələrlə Amerikaya bildirib ki, beynəlxalq qaydalara riayət etməklə yanaşı, regionda, xüsusilə Fars Körfəzindəki rəftarlarına diqqət göstərsin. Bilsinlər ki, tamahkarlıq edərlərsə, aydın məsələdir ki, İran İslam Respublikası onlar ilə ciddi rəftar edəcək. 

Teqlər