İranın cənub-şərqində narkotik qaçaqçı şəbəkə məhv edilib
https://azeri.sahartv.ir/news/İran-i285557-İranın_cənub_şərqində_narkotik_qaçaqçı_şəbəkə_məhv_edilib
İranın Təhlükəsizlik Nazirliyi bildirib: Böyük informasiya dəstəyi ilə İranın cənub-şərqində mütəşəkkil və beynəlxalq narkotik qaçaqçılıq qruplaşmasının üzvləri müəyyənləşdirilərək məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2017 10:06 Asia/Baku
  • İranın cənub-şərqində narkotik qaçaqçı şəbəkə məhv edilib
    İranın cənub-şərqində narkotik qaçaqçı şəbəkə məhv edilib

İranın Təhlükəsizlik Nazirliyi bildirib: Böyük informasiya dəstəyi ilə İranın cənub-şərqində mütəşəkkil və beynəlxalq narkotik qaçaqçılıq qruplaşmasının üzvləri müəyyənləşdirilərək məhv edilib.

İranın Təhlükəsizlik Nazirliyinin bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələrinin Sistan və Bəluçestan vilayətində gecə-gündüz səyləri və dəqiq məlumatlar əldə etmələri ilə, Səravan sərhədi vasitəsi ilə silahlı şəkildə külli miqdarda narkotik vasitələrini İrana daxil edən mütəşəkkil və beynəlxalq narkotik qruplaşmasının üzvləri məhv edilib və bu dəstədən təxminən 2600 kiloqramlıq tiryək aşkarlanaraq götürülüb.

İranın Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu beynəlxalq və mütəşəkkil narkotik qaçaqçılığı qruplaşmasından aşkarlanan narkotik maddə qaçaq yanacaq adı altında yanacaq balonlarının altında yerləşdirilərək İrana daxil edilib.