Okt 25, 2017 14:25 Asia/Baku
  • Vilayəti: Amerikanın İraq və Suriyadakı məğlubiyyəti davam edəcək
    Vilayəti: Amerikanın İraq və Suriyadakı məğlubiyyəti davam edəcək

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri deyib: Amerikalılar İraq və Suriyada qəti şəkildə məğlub olublar və bu məğlubiyyət davam edəcək.

Əli Əkbər Vilayəti bu gün Tehranda Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdadla görüşdə əlavə edib: Sionistlər özlərinin regiondakı planlarından məyus olublar.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri söyləyib: Həmişə Suriyanın qanuni prezidenti Bəşşar Əsədin şücaəti, cəsarəti və tədbiri bütün müsəlman və inqilabçı xalqlar tərəfindən alqışlanıbdır.

O, həmçinin İraqın qanuni dövlətinin milli suverenlik iradəsi istiqamətindəki son qələbələri, eləcə də Suriyanın dövləti və xalqının Diyrəzzurdakı son zəfərləri və bu ölkənin bəzi neftlə münbit məntəqələrinin bərpası münasibətilə İraq və Suriyanın dövlətləri və xalqlarını təbrik edib.

Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad da bu görüşdə deyib: Bütün dünya Amerika prezidentinin siyasətləri qarşısında dayanıb və Donald Trampın İsrail rejiminin siyasətlərini himayə və İrandan bac istəmək kimi hərəkət və səyləri ilə müxalifdir.

Teqlər