Okt 27, 2017 12:15 Asia/Baku
  • Laricani: İraq güclü ölkədir Əlibadi: İran mənim ikinci ölkəmdir
    Laricani: İraq güclü ölkədir Əlibadi: İran mənim ikinci ölkəmdir

İran İslam Şurası Məclisinin sədri vurğulayıb: İraqlıların terrorçular qarşısındakı müqaviməti dünyaya göstərdi ki, İraq güclüdür və heç kəs ona təcavüz edə bilməz.

Əli Laricani dünən axşam Tehranda İraqın baş naziri Heydər Əlibadi ilə görüşdə deyib: Hərçənd terrorçuların iştirakı İraqı xərcə salıb, amma səbəb olubdur ki, bu problemin daxilindən güclü bir İraq meydana gəlmiş olsun.

İran İslam Şurası Məclisinin sədri İranın İraqın dövləti və xalqına olan dəstəyinin davam edəcəyini vurğulayaraq, deyib ki, İran iki ölkə əlaqələrinin daha da genişlənməsini istəyir.

İraqın baş naziri Heydər Əlibadi də bu görüşdə İranı özünün ikinci ölkəsi adlandırıb və İranın İraqın dövləti və xalqına olan hərtərəfli dəstəklərinə görə minnətdarlıq edib.

İraqın baş naziri bu ölkənin Kürdüstan məntəqəsində qanunsuz separatçılıq referendumunun keçirilməsinə işarə edərək, qeyd edib ki, İraqın birliyinə xələl gəlməz.

Heydər Əlibadi vurğulayıb ki, İraq kürdləri bu ölkə xalqının bir hissəsidir. O, deyib: İraq vahid bir ölkədir və belə də qalacaqdır.

İraqın baş naziri İranın yüksək səviyyəli rəsmiləri ilə görüşmək məqsədilə çərşənbə günü gecə Tehrana daxil olubdur.

Heydər Əlibadi Əli Laricani ilə görüşdən öncə İslam İnqilabının Böyük Rəhbəri ilə, eləcə də İran prezidenti Həsən Ruhani və İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşübdür.

Teqlər