Laricani: Amerikalılar nüvə anlaşmasından keçərək, həssas məsələlərə daxil olublar
https://azeri.sahartv.ir/news/İran-i285877-laricani_amerikalılar_nüvə_anlaşmasından_keçərək_həssas_məsələlərə_daxil_olublar
İran İslam Şurası Məclisinin sədri deyib: Amerikalılar nüvə anlaşmasından keçərək, İranın həssas olduğu sahələrə daxil olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 15:57 Asia/Baku
  • Laricani: Amerikalılar nüvə anlaşmasından keçərək, həssas məsələlərə daxil olublar
    Laricani: Amerikalılar nüvə anlaşmasından keçərək, həssas məsələlərə daxil olublar

İran İslam Şurası Məclisinin sədri deyib: Amerikalılar nüvə anlaşmasından keçərək, İranın həssas olduğu sahələrə daxil olublar.

Əli Laricani İran İslam Şurası Məclisinin açıq iclasında bildirib ki, Amerika altılıq qrupunun digər üzvlərinin etiraflarına görə, nüvə anlaşmasını pozur. O, deyib: Amerikalılar özlərinin ardıcıl hərəkətlərilə nüvə anlaşmasını pozurlar və İran pozuntu hallarını araşdırmaq üzrə mexanizmlərə malikdir.

İran İslam Şurası Məclisinin sədri söyləyib: Məclisin milli təhlükəsizlik komissiyası İran Xarici İşlər Nazirliyinin nüvə anlaşmasının icra tərzi barədəki hesabatını nümayəndələrə təqdim edəcək ki, müxtəlif addımlar barədə məlumatlansınlar.