İnqilab Rəhbəri: ABŞ-ın həyasızlığı qarşısında yeganə yol müqavimətdir
İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Amerikalılar qarşısında güzəştə getmək onları daha həyasızlaşdırır, məhz buna görə də yeganə yol qarşılaşmaq və müqavimət göstərməkdir.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər minlərlə tələbə və məktəbli ilə görüşündə gənc nəslin öncül və cəmiyyəti irəliyə doğru aparan qüvvə adlandıraraq bildiriblər: Bu istedadlı və müdrik nəsil heç şübhəsiz ki, əziz İranı maneələr və çətinliklərdən keçirərək istənilən nöqtəyə çatdıracaq, əlbəttə bu parlaq məqsədin reallaşması üçün İran xalqının əsas və xəbis düşməni yəni ABŞ-ın mahiyyətini öyrənməkdən asılıdır.
Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Birləşmiş Ştatlar sözün əsil mənasında əsas və xəbis düşməndir və bu həqiqət, təəssübkeşlik və bədbin baxışdan deyil, təcrübədən, hadisələrin düzgün öyrənilməsindən və meydandakı reallıqların müşahidəsindən mənşə alır.
İslam İnqilabının Böyük Rəhbəri ABŞ prezidentinin İran xalqını terrorçu adlandırmasına toxunaraq bildiriblər: Bu ağılsız söz göstərir ki, amerikalılar sadəcə İran rəhbərliyi və dövləti ilə deyil, yorulmadan onların qarşısında müqavimət göstərən İran xalqının mövcudluğuna qarşı düşmənçilik edir və kinlidirlər.
Həzrət Ayətullahül-üzma Xamenei bir neçə il öncə bir Amerika rəsmisinin "İran xalqının kökünü kəsməliyik" deməsini xatırladaraq bildiriblər: Onlar belə bir zəngin tarixi və mədəni keçmişə malik olan bir xalqın kökünü kəsməyin mümkün olmaması reallığını dərk etməkdə acizdirlər.
İslam İnqilabının Böyük Rəhbəri Amerikanın İran xalqına qarşı dərin düşmənçiliyinin onların hesablamalarda kor olmaları və səhvlərini təkrar etmələrinə gətirib çıxartdığını bildirərək əlavə ediblər: Amerikalılar əvvəlki nəticəsiz məkrli planlarını davam etdirirlər, ona görə ki, düşmənçilik və kin, onları həqiqəti dərk etmək və düzgün qiymətləndirmə qabiliyyətindən məhrum edib.
Həzrət Ayətullahül-üzma Xamenei ABŞ-ın təkrar düşmənçiliklərinə toxunaraq bildiriblər: Amerikanlar indi də nüvə müzakirələrinin nəticəsi olan Əhatəli Müştərək Təşəbbüs Proqramına qarşı təxribat üçün əllərindən gələn xəbisliyi edirlər.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin əsas düşmən olan Amerikanı unutmamaq üçün tələbə və məktəblilərə qətiyyətli tövsiyələr edərək, bu əsas şərtin İranın xoş taleyi istiqamətinin davam etdirilməsinin əsas şərti hesab ediblər.