Noy 02, 2017 17:50 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İranın İslami Şura Məclisinin sədri sionist rejim ilə Səudiyyə Ərəbistanı arasında İrana qarşı düşmənçilik üzrə əməkdaşlıq edildiyini bildirərək deyib: Ərrəyad regionda İran İslam Respublikasına qarşı terrorçu və əks-inqilabçı qrupları təhrik edir.

Parlament xəbər agentliyinin verdiyi məlumata görə, Əli Laricani bu gün Qum şəhərində sionist rejim və Səudiyyə Ərəbistanının İran və müqavimət məhvərinin fəaliyyətlərindən nigaran qalmalarına toxunaraq deyib: Təl-Əviv və Ərrəyad son illərdə beynəlxalq və regional sahələrdə İrana qarşı ciddi hərəkətlər ediblər. 

Laricani Vaşinqtonun Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası prossesindəki düşmən hərəkətlərinə də münasibət bildirib: " Amerika və onun avropalı müttəfiqləri arasında İranın nüvə məsələsi barədə ixtilaf yaranıb." 

Tramp hökuməti ƏMTP-nin digər tərəfləri olan Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin mövqelərinin əksinə  olaraq bildirib ki, ƏMTP qorxunc razılaşma olmuşdur. 

Teqlər