Seçmə sənədlər 11 sentyabr faktını təmizləmir
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif seçmə sənədlərə və Əlqaidə-nin İranla əlaqəsi iddiasına reaksiya verib.
Məhəmməd Cavad Zərif öz twitter səhifəsində Əlqaidə ilə bağlı yayılmış iddialı sənədlərə reaksiyada yazıb: Neft dollarlarının təsiretmə miqdarı barədə ağılsız bir bir rekord; Amerika Mərkəzi Kəşfiyyat İdarəsi və Demokratiyanı Müdafiə Fondunun İran barədə Əlqaidə seşmə sənədlərilə yayılan yalan xəbərlər Amerikanın müttəfiqlərinin 2001-ci il 11 sentyabr hücumlarındakı rolunu təmizə çıxara bilməz.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi son zamanlar bəzi sənədlər yayıb və bu sənədlərdə iddia edir ki, Əlqaidə-nin keçmiş başçısı Üsamə bin Ladenin 2011-ci ildə terror edilməsi əməliyyatı gedişində bu qrupun İranla əlaqəsi barədə sənədlər əldə edibdir.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi elə bir halda bu iddiada İranı Əlqaidə ilə əlaqədə olmaqda ittiham edir ki, 2001-ci il 11 sentyabr terror hücumlarında rol oynamış 19 nəfərdən on beşi səud və Əlqaidə üzvü olubdur.
Ərəbistan terrorizmin yaranma məkanı olaraq, bu nəhs fenomenin yayılmasında başlıca rol oynayır və Amerikanın seçmə hesabat və sənədləri səudiyyənin neft dollarlarının Amerikanın xarici siyasətinin formalaşmasındakı rolunu göstərir.