Noy 04, 2017 10:39 Asia/Baku
  • İranın bütün şəhərlərində 13 aban mərasimləri
    İranın bütün şəhərlərində 13 aban mərasimləri

Bu gün aban ayının 13-ü, noyabrın 4-ü İran İslam Respublikasında dünyanın zalım qüvvələri ilə milli mübarizə günüdür.

38 il öncə belə bir gündə ( 1358-ci hicri şəmsi ili 13 aban, 1979-cu milad ili 4 noyabr) iranlı universitet tələbələri Amerikanın İran islam inqilabına qarşı ayrı-ayrı məkirli planlarına qarşı etiraz əlaməti olaraq Amerikanın Tehrandakı səfirliyini(casusluq yuvası) ələ keçirdilər. 

Hər il İran xalqı bu hadisənin ildönümü günündə ümumölkə yürüşlər keçirərək milli birlik və islami bütövlüyünü nümayiş etdirir və islam inqilabının " İstiqlal, azadlıq, İslam Respublikası" mesajını və anti-hegemoniya şüarlarını fəryad edir. 

13 aban İran islam inqilabının tarixində fərqli illərdə baş verən 3 önəmli hadisəni xatırladır. 

Bu önəmli hadisələr İmam Xomeyninin(r.ə) 1343-cü hicri şəmsi ilində Türkiyəyə sürgün edilməi, 13 abab 1357-ci ildə məktəblilərin şahlıq rejimi tərəfindən qırğın edilməsi və nəhayət 13 abab 1358-ci ildə Tehranda ABŞ-ın səfirliyinın(casusluq yuvası) İmam Xomeyni(r.ə) xəttinin davamçıları kimi tanınan tələbələr tərəfindən ələ keçirilməsindən ibarət idi və hər biri İran xalqının hegemoniya ilə mübarizə prossesində dönüş nöqtəsi oldu. 

13 aban " dünyanın zalım qüvvələri ilə milli mübarizə günü" mərasimi İranın mindən çox şəhərində keçirilir. 

Bu ilki 13 aban mərasimlərini 3500-dən çox jurnalist və fotoqrafçı dünyaya yaymaqdadır. ABŞ-ın Tehrandakı keçmiş casusluq yuvasının yaxınlığında isə 110 xarici 500 daxili müxtir və fotoqrafçı Tehran mərasimini dünyaya və ölkəyə yayır. 

3 amerikan telekanal da daxil 11 telekanal 13 aban mərasimlərini canlı şəkildə yayımlayır. 

Teqlər