Noy 04, 2017 11:59 Asia/Baku
  • Məktəbli qurumları \
    Məktəbli qurumları \"Amerikaya ölüm\" şüarının davam etməsini vurğulayıblar

İranın məktəbli qurumları bu gün Tehranda ABŞ-ın keçmiş səfirliyi(casusluq yuvası) qarşısında 13 aban təntənəli mərasimində bir bəyanatda Amerikaya ölüm şüarının davam etdirilməsini vurğulayıblar.

13 aban mərasimində İranın məktəbli qurumları bildiriblər ki, İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) Türkiyəyə sürgün edilməsi(1964), məktəblilərin Pəhləvi rejimi tərəfindən qırğın edilmələri(1978) və Amerikanın Tehrandakı casusluq yuvasının ələ keçirilməsi(1979) 13 abanı İslam İnqilabının təqvimində unudulmaz günə çevirib. 

Bəyanatda İranın dünyada davamlı sülhün və dünyanın bütün sülhsevər və azadə xalqları ilə dost əlaqələrin tərəfdarı olduğu bildirilərək deyilir: Çırpınan ürəyi, böyük şeytan "Amerika"dan ibarət olan dünyanın zalım qüvvələri, dünyanın məzlum xalqlarına qarşı qəddarlıq edir və cinayət törədirlər. 

Teqlər