Noy 04, 2017 14:51 Asia/Baku
  • 13 aban yürüşləri; iranlıların vəhdətinin nümayişi
    13 aban yürüşləri; iranlıların vəhdətinin nümayişi

İslami İranda məktəblilər, tələbələr və müxtəlif xalq kütlələri bu gün 13 aban dünyanın zalım qüvvələri ilə milli mübarizə gününə məxsus yürüşlərdə geniş iştirak edərək öz bütövlüyü və müqavimət iradəsini bir daha nümayiş etdirdi.

13 aban yürüşü bu gün paytaxt Tehranla eyni zamanda dünyanın digər şəhərlərində də böyük cöşqu ilə keçirilib. Tehranda xalq kütlələri, məktəbli və tələbələr, eləcə də vəzifəli şəxslər bu yürüşlərdə iştirak edərək Amerikaya ölüm, İsrailə ölüm şüarları səsləndiriblər. 

Tehranda 13 aban mərasimlərinin keçirildiyi məkanda Qədr ballistik raketi də nümayiş etdirilib. Bu mərasimin kənarında ABŞ prezidenti Donald Trampın tabutunun müqəvvası da simvolik xarakter daşıyaraq tehranlı məktəblilərin çiyinlərində daşınıb. 

Tehrandan başqa ölkənin qərbində Kürdüstan ostanında da məktəblilər, tələbələr və yerli rəsmilər 13 aban mərasimində geniş iştirak edərək "Amerikaya ölüm!", "İsrailə ölüm!" və "Allah-Əkbər" şüarları veriblər və dünyanın zalım qüvvələrinə öz nifrətlərini bildiriblər. 

Teqlər