İran raket və radar sistemləri ilə Ərbəin yürüşünü mühafizə edir
İran İslam Respublikası ordusu Xatəmul-Ənbiya Havadan Müdafiə Qərargahının taktiki hava müdafiəsi bölməsinin komandanı İmam Hüseyn (ə) Ərbəini günlərində İran səmasından keçən uçuş xətlərinin xüsusi şəkildə izlənildiyini bildirib.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, leytenant-mayor Şəmxal Cəfəri Ərbəin günlərində zəvvarlar üçün tan nəzarətin tətbiq olunduğunu bildirib və deyib: İraq səmasında fəaliyyətdə olan bölgədən kənar bütün uçuşlar, o cümlədən pilotlu və pilotsuz uçan vasitələrin izlənilməsi xüsusi şəkildə həyata keçirilir.
İran İslam Respublikası ordusu Xatəmul-Ənbiya Havadan Müdafiə Qərargahının taktiki hava müdafiəsi bölməsinin komandanı əlavə edib: İmam Hüseyn (ə) ərbəini günlərində gündəlik 55 sərnişin təyyarəsi Nəcəf və Kərbəla aeroportlarından zəvvarları nəql edirlər. Bütün uçuşlara səyyar və sabit radar sistemləri ilə nəzarət olunur.
Cəfərinin sözlərinə görə, ölkə daxili və xaricində hava zolağının qorunması məqsədilə İran İslam Respublikası sərhədində radar obyektlərində sabit və səyyar elektron dinləmə sistemləri öz fəaliyyətlərini göstərirlər.
20 səfər 1439-cu il dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn (ə) və vəfalı yoldaşlarının Kərbəla səhrasında şəhid edilməsinin ərbəinin ildönümü günüdür. Dünyanın hər bir yerindən milyonlarla müsəlman ərbəin mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən bu şəhərə səfər edir.