Zərif: Səudiyyə Ərəbistanına səfərlər region üçün təhlükəli olmuşdur
https://azeri.sahartv.ir/news/İran-i286208-zərif_səudiyyə_Ərəbistanına_səfərlər_region_üçün_təhlükəli_olmuşdur
İran İslam Respublikası xarici işlər naziri ayrı-ayrı twitlərdə regional məsələlər haqda, bəzi rəsmilərin Səudiyyə Ərəbistanına səfərini region üçün təhlükəli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2017 06:53 Asia/Baku
  • Zərif: Səudiyyə Ərəbistanına səfərlər region üçün təhlükəli olmuşdur

İran İslam Respublikası xarici işlər naziri ayrı-ayrı twitlərdə regional məsələlər haqda, bəzi rəsmilərin Səudiyyə Ərəbistanına səfərini region üçün təhlükəli adlandırıb.

Məhəmməd Cavad Zərif bazar ertəsi günü öz twitter səhifəsində region məsələləri haqda bildirib: ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri Bəhreyndə repressiyalarla nəticələndi və ardınca Qətər böhranı yarandı. 

İran xarici işlər naziri əlavə edib: Trampın kürəkəni və müşaviri Jared Kuşnerin və Livan baş naziri Səd əl-Həririnin Səudiyyə Ərəbistanına səfərləri Həririnin ölkəsindən kənarda qəribə istefası ilə nəticələndi. Lakin İran müdaxilədə ittiham olunur. 

Zərif yazıb: Səudiyyə Ərəbistanı bombardmanlarla Yəməni yerlə-yeksan edir, minlərlə günahsızı, o cümlədən körpələri qətlə yetirir, vəba və aclığın yayılmasına səbəb olur, lakin İranı ittiham edir. 

İran xarici işlər naziri bildirib: Səudiyyə Ərəbistanı regionda təcavüzkar və zorakı savaşlar, destabilləşdirici davranışlar, təhlükəli təhrikedici hərəkətlərlə məşğuldur və İranı bu hərəkətlərin mənfi nəticələrinə görə müqəssir hesab edir.