İran və Rusiya xarici işlər nazirləri telefonla danışıblar
https://azeri.sahartv.ir/news/İran-i286229-İran_və_rusiya_xarici_işlər_nazirləri_telefonla_danışıblar
İran İslam Respublikası və Rusiya Federasiyası xarici işlər nazirləri çərşənbə axşamı günü telefonla söhbət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2017 17:01 Asia/Baku
  • İran və Rusiya xarici işlər nazirləri telefonla danışıblar

İran İslam Respublikası və Rusiya Federasiyası xarici işlər nazirləri çərşənbə axşamı günü telefonla söhbət ediblər.

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov bu telefon söhbətində ikitərəfli əlaqələr, Xəzər dənizinin hüquqi statusu və regionun son olayları haqda fikir mübadiləsi aparıblar.

İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif Britaniya xarici işlər naziri Boris Consonla da telefonla danışıb.

Məhəmməd Cavad Zərif bu telefon söhbətində Səudiyyə Ərəbistanının regiondakı təhrikedici hərəkətlərinə toxunub və Ərəbistan rejimi rəsmilərinin ziddiyyətli və təhlükəli iddialarını rədd edərək bu hərəkətləri beynəlxalq hüquq və BMT Əsasnaməsinə zidd qiymətləndirib.

Səudiyyə Ərəbistanı ABŞ və regional müttəfiqlərinin dəstəyi ilə Livan baş naziri Səd Həririnin Ər-Riyadda istefa verməsindən sonra İran və Livan Hizbullahı əleyhinə yeni oyuna başlayıb. Belə ki, Yəmən, Suriya və Livandakı məğlubiyyətlərini ört-basdır etsin.