Noy 08, 2017 20:04 Asia/Baku
  • Beynəlxalq ərbəin konfransı başlanıb

"Ərbəin, dünyada vəhdət mehvəri" adlı beynəlxalq konfrans İslam İnqilabının Böyük Rəhbərinin İraqdakı besəsinin məsul şəxsinin çıxışı ilə bu gün Kərbəlada işə başlayıb.

Bu ikigünlük konfransda İraq, İran, İndoneziya, Cənubi Afrika, Nigeriya, Bəhreyn, Yəmən, Keniya, Almaniya, İngiltərə və ABŞ-dan din alimləri və mütəfəkkirlər, eləcə də İran və İraq universitetləri və tədqiqat müəssisələrindən olan professorlar və məsul şəxslər iştirak edirlər.

Ərbəin və Aşura mədəniyyətinin yad edilməsi, müsəlman ümmətin inteqrasiyası, siyasi uzaqgörənlilik, Məhdəvi cəmiyyəti, Zeynəb qüdrəti, İslam dünyasının mədəni və media əlaqələri, müqavimət diskursu bu konfransın mehvərlərindəndir.

İslam İnqilabının Böyük Rəhbərinin İraqdakı besəsinin məsul şəxsi höccətulislam vəlmuslimin Nəcəf Nəcəfi Ruhani "Ərbəin, dünyada vəhdət mehvəri" adlı beynəlxalq konfransında din xadimləri və mütəfəkkirlərin İslam ümmətinin inteqrasiyası yolunda hərəkəti vacibliyini vurğulayaraq, deyib: Dünyanın hazırkı şəraitində müsəlmanların vəhdəti və həmrəyliyi zəruridir.

Nəcəfi bildirib ki, İslam dünyasının həyat rəmzi İslam ümmətinin birliyidir. O, əlavə edib: İslam dünyasının din xadimləri və mütəfəkkirləri daim müsəlman xalqların birliyi vacibliyini vurğulayırlar.

Sabah, 1439-cu hicri qəməri ili səfər ayının 20-si və 2017-ci milad ili noyabrın 9-u, Həzrət İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin Kərbəla çölündə şəhid edilmələrinin ərbəinidir. Bütün dünyadan, o sıradan İrandan milyonlarla zəvvar həmin gündə Hüseyn(ə) ərəbini mərasimində iştirak etmək üçün İraqın Kərbəla şəhərinə daxil olur.

Teqlər