Zərif Yəmən böhranının həlli üzrə İranın dörd maddəlik sülh layihəsini vurğuladı
İran İslam Respublikası xarici işlər naziri Yəmən böhranının həlli üzrə İranın dörd maddəlik sülh palnını bu ölkədəki qarşıdurmalara son qoymaq üçün yeganə həll yolu olaraq vurğulayıb.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif öz twitter səhifəsində 2015-ci ildə İranın Yəmən böhranının həlli üzrə BMT-yə təqdim etdiyi dörd maddəlik layihəyə toxunaraq yazıb: Bu layihə Yəməndə atəşkəs, humanitar yardımlar, yəmənli-yəmənli dialoq və əhatəli hökumətin təşkilinə şamil olur.
Zərif əlavə edib: Bu gün 2 il yarımdan sonra Yəməndə çoxlu sayda insan həlak olmuşdur, bu layihə hələ də etibarlıdır.
İran xarici işlər naziri 2015-ci ildə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə hücumlarının başlanmasından az müddət sonra BMT-nin sabiq baş katibi Ban Ki Muna ünvanladığı məktubda Yəməndə xəbərdarlıq vəziyyətinin olduğuna toxuanraq bildirmişdi: Xarici hava hücumları beynəlxalq hüquq prinsiplərinin ilkin müddəalarını açıq-aşkar pozur və BMT-nin Əsasnaməsi və məqsədləri, xüsusilə də hərbi gücdən istifadə etmək və ya onunla hədələməkdən çəkinmək görməməzliyə vurulur.
Bu məktubda həmçinin bildirilir: Yəmən böhranının hərbi həll yolu yoxdur və yalnız stabillik və sülhün bərpa olunması, bütün Yəmən partiyaları, xarici müdaxilə olmadan milli birlik hökumətinin təşkili bu böhrana son qoya bilər.
Səudiyyə Ərəbistanı ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib. Eyni zamanda bu ölkəni qurudan, havadan və dənizdən mühasirəyə alıb. Ərəbistanın Yəməndəki müharibəsi on minlərlə yəmənlinin həlak olması və yaralanması ilə nəticələnib. Yoxsul Yəmən ərzaq maddələri və tibbi təchizatın çatışmazlığı ilə üzləşib və vəba kimi xəstəliklər yayılmışdır.