Fars vilayətində Su-22 qırıcısı qəzaya uğradı
https://azeri.sahartv.ir/news/İran-i286380-fars_vilayətində_su_22_qırıcısı_qəzaya_uğradı
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika qüvvələri İranın cənubunda Fars vilayətində Su-22 qırıcı təyyarəsinin qəzaya uğradığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2017 09:22 Asia/Baku
  • Fars vilayətində Su-22 qırıcısı qəzaya uğradı
    Fars vilayətində Su-22 qırıcısı qəzaya uğradı

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtika qüvvələri İranın cənubunda Fars vilayətində Su-22 qırıcı təyyarəsinin qəzaya uğradığını bildirib.

İRİB-in Sepah Newsa istinadla verdiyi məlumata görə, Sepahın Aeronavtika Qüvvələrinin ictimai əlaqələr şöbəsi bir məlumatda bildirib: Bu gün səhər saat 8:00 radələrində Sepaha məxsus Su-22 qırıcı təyyarəsi Fars vilayətində manevr keçirdiyi zaman qəzaya uğrayıb. 

Məlumatda bildirilir ki, hadisədə qırıcı təyyarənin pilotu şəhid olub.