İran və Avropa Birliyi kənd təsərrüfatı əməkdaşlığını genişləndirir
İranın kənd təsərrüfatı naziri və Avropa Birliyinin aqrar və kənd təsərrüfatı inkişafı komissarı püstə, qızılala balığı, zəfəran, dərman bitkiləri, İran atının ixracatının genişləndirilməsi, bank kreditləri maneələrinin aradan qaldırılması və kreditasiya xətlərinin yaradılması sahəsində əməkdaşlıqların inkişaf etdirilməsini araşdırıblar.
Mahmud Höccəti bu gün Tehranda Fil Hoqanla görüşdə əlavə edib: İran İslam Respublikası dünyada qızılala balığının yetişdirilməsində birincidir və bu məhsulun Avropa bazarlarına ixracatı üçün diqqəti cəlb edəcək potensiala malikdir.
Avropa Birliyinin aqrar və kənd təsərrüfatı inkişafı komissarı Fil Hoqan da bu görüşdə deyib: Avropa Birliyi nüvə anlaşması çərçivəsində İran İslam Respublikası ilə anlaşmaları ciddi şəkildə davam etdirir və başqa ölkələri də əməkdaşlığın davam etdirilməsinə təşviq edir.
Avropa Birliyinin aqrar və kənd təsərrüfatı inkişafı komissarı həmçinin kənd təsərrüfatı sektorunda yeni texnologiyanın mübadiləsinin genişləndirilməsi sahəsində hazırlığını elan edib və deyib: Xoşbəxtlikdən Avropa Birliyi dəvəquşu və qızılala balığının ixracatı üçün lazımi təsdiqləri vermişdir.
Fil Hoqan əlavə edib: İran zəfəranının Avropaya ixracatı haqda müsbət baxışımız vardır və ümid edirik ki, İran zəfəranı tezliklə Avropa bazarlarında satışa çıxarılacaq.