İran qaçaqmalçılıq və gömrük qanunsuzluqları ilə mübarizədə dünya birincisidir
https://azeri.sahartv.ir/news/İran-i286411-İran_qaçaqmalçılıq_və_gömrük_qanunsuzluqları_ilə_mübarizədə_dünya_birincisidir
İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Beynəlxalq Gömrük Təşkilatının regional ofisinin reytinq cədvəlinə əsasən İranın qaçaqmalçılıq və gömrük qanunsuzluqları ilə mübarizədə ilk yerdə durduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2017 06:05 Asia/Baku
  • İran qaçaqmalçılıq və gömrük qanunsuzluqları ilə mübarizədə dünya birincisidir
    İran qaçaqmalçılıq və gömrük qanunsuzluqları ilə mübarizədə dünya birincisidir

İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Beynəlxalq Gömrük Təşkilatının regional ofisinin reytinq cədvəlinə əsasən İranın qaçaqmalçılıq və gömrük qanunsuzluqları ilə mübarizədə ilk yerdə durduğunu bildirib.

İRNA-nın məlumatına görə, iranlı nazir şənbə günü Tehranda Beynəlxalq Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşdükdən sonra deyib: İran ötən 2 ildə gömrük qanunsuzluqları o cümlədən qaçaqmalçılıq və saxta məhsulların ölkəyə gətirilməsi və ya ölkədən çıxarılması ilə mübarizədə cari ildə ilk yeri özünə aid etməyi bacarıb. 

Məsud Kərbasiyan əlavə edib: İran gömrük xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə Mikuriyanın tövsiyələri və təkliflərini eşitməyə hazırdır. 

Beynəlxalq Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya da Məsud Kərbasiyan ilə görüşdükdən sonra İran İslam Respublikası gömrüyünü yeniləmə, qanun pozuntularını aşkar etmək, qanunları həyata keçirmək və beynəlxalq standartları tətbiq etmək baxımından nümunəvi adlandırıb.