Laricani: İŞİD-in məğlubiyyəti dünya xalqları üçün təhlükəsizlik və sabitlik gətirəcək
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani: Suriya və İraq xalqlarının mübarizəsi və İranın əməkdaşlığı sayəsində İŞİD-in səhnədən kənarlaşdırılması bütün dünya xüsusilə region ölkələri üçün təhlükəsizlik və sabitliyə səbəb olacaq.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani Asiya Parlamentləri Assambleyasında iştirak məqsədi ilə bir parlament heyətinin müşayiəti ilə İstanbula səfəri zamanı İRİB-nin müxbirinə verdiyi müsahibədə deyib: Ötən illər ərzində İran mehvəri ətrafında terrorizm ilə mübarizə sahəsində yaradılmış cəbhə terrorçulara çox ağır zərbə vurub.
Laricani Suriya və İraqda İŞİD ilə mübarizədə əldə edilən son uğurları İran üçün böyük nailiyyət adlandırıb və deyib: Təqribən 6 ildir ki, İran İslam Respublikası hətta, bəzi məqamlarda İŞİD ilə mübarizənin məsuliyyətini tək başına öz üzərinə götürüb və başda bir çox ölkə bu məsələyə etiraz edib. Amma, bu gün hamı İranın terrorizm ilə mübarizədə lider rola malik olduğunu etiraf edir.