İran-Rusiya təhlükəsizlik əməkdaşlıqlarının gücləndirilməsi vurğulanıb
https://azeri.sahartv.ir/news/İran-i287197-İran_rusiya_təhlükəsizlik_əməkdaşlıqlarının_gücləndirilməsi_vurğulanıb
İran İslam Şurası Məclisinin sədri terrorizm ilə mübarizədə İran-Rusiya təhlükəsizlik əməkdaşlıqlarının gücləndirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2017 08:14 Asia/Baku
  • İran-Rusiya təhlükəsizlik əməkdaşlıqlarının gücləndirilməsi vurğulanıb

İran İslam Şurası Məclisinin sədri terrorizm ilə mübarizədə İran-Rusiya təhlükəsizlik əməkdaşlıqlarının gücləndirilməsini istəyib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə günü İstanbulda keçirilən Asiya Parlamentləri Assambleyasının 10-cu sessiyasının kənarında Rusiya parlamentinin vitse-spikeri Mixail Emilianov ilə görüşdə terrorizmin hələ bitməmiş olduğunu bildirərək deyib: Yeni macəralar baş verə bilər və bu istiqamətdə İran və Rusiya arasındakı təhlükəsizlik əməkdaşlıqlarının gücləndirilməsi zərurət daşıyır.

İran və Rusiyanın müxtəlif sahələrdəki əlaqələrinə toxunan Laricani deyib: Parlament əlaqələrinin genişləndirilməsi iqtisadi əməkdaşlıqların artmasına səbəb olacaq. 

O, əlavə edib: İran İslam Şurası Məclisi Rusiya ilə ticarət əlaqələrini inkişaf etdirmək ardıncadır və bu sahədə Rusiya Federasiyasına və Dumasına da təkliflər veribdir.

Rusiya parlamentinin vitse-spikeri də Moskvanın Tehranla əməkdaşlıq zəminində Suriyada terrorizmin kökünü kəsməyə qərarlı olduğunu söyləyib.

"Regionun sabitliyini pozmaq və İran və Rusiyanın maraqlarını təhlükə altına almaq istəyənlər yalnız Amerika rəsmiləridirlər" - deyə, Emilianov əlavə edib.

Rusiya parlamentinin vitse-spikeri həmçinin Rusiya ilə İran arasında ticari və iqtisadi əməkdaşlıqların genişləndirilməsini vurğulayaraq deyib: Qarşıda duran maneələrə baxmayaraq, ikitərəfli əməkdaşlıqlar xüsusilə  nüvə sahəsində genişlənməkdədir.