Noy 23, 2017 15:47 Asia/Baku
  • General Cəfəri: Bəsic İran xalqı və İslam ümmətinin müqavimət simvoludur

İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı regiondakı böyük qələbələrin bəsic-ə borclu olduğunu bildirərək, deyib: Səkkiz il müqəddəs müdafiə və İranda xalq səfərbər qüvvələri-bəsic digər region xalqları üçün örnək olubdur.

General-leytenant pasdar Məhəmməd Əli Cəfəri bu gün səhər Tehranda keçirilən bir mətbuat konfransında və regionun şəraitinin bəyanında deyib: Livan Hizbullahı bu gün bəsiclə özünü İsrail rejiminin qarşısında qoruyur və əgər bu xalq səfərbər qüvvələri Suriyada formalaşmasaydı, bu ölkə bir neçə hissəyə bölünmüşdü.

Sepah-ın baş komandanı bildirib ki, təkcə İŞİD-in regiondakı hakimiyyəti məhv edilib. O, belə qeyd edib: İŞİD Əfqanıstan daxil olmaqla müxtəlif ölkələrdə partizan qrupları formasında fəaliyyət göstərir, buna görə, onların fitnələrilə mübarizə Sepah-ın iş gündəmində durur.

O, həmçinin Ərəbistanın İrana və Livan Hizbullahına qarşı düşmənçilik münasibətinə toxunub: İran Ərəbistan qarşısında təmkinli olmağı davam etdirir, zira səudlarla birbaşa mübarizəyə daxil olmaq istəmir və onlara tövsiyə edir ki, bu işlərdən əl çəksinlər, zira İslam İnqilabı qarşısındakı cəbhədə durmaqla öz hərəkətlərinin cavabını alacaqlar.

Sepah-ın baş komandanı hər bir yeni savaşın yaradılmasının sionist rejimin məhvilə nəticələnəcəyini bildirərək, deyib: Sionistlər müqavimət cəbhəsinin qüdrətinin bir hissəsini 33 və 22 günlük savaşlarda görüblər və əgər İsrail rejimi müqavimət cəbhəsinin bir güşəsinə hücum edərsə, bu cəbhənin digər tərəfi o biri tərəfin köməyinə gələcək.

O, habelə qərblilərin İranın raket qüdrəti barədəki son sözləri barədə vurğulayıb: Qərblilərin bu məsələdəki səyləri səmərəsizdir, zira İran heç bir vəchlə özünün raket və müdafiə qüdrəti barədə müzakirə etməyəcəkdir.

Sepah-ın baş komandanı Livan Hizbullahının mahiyyətini, Livan xalqının qatı düşməni, yəni İsrail rejimi qarşısında silahlanması adlandırıb və belə deyib: Livan Hizbullahı təhlükəsizliyin təmini üçün ən yaxşı silahlarla təchiz olunmalıdır və bu məsələ müzakirə olunası deyildir və bütün Livan xalqı Hizbullahın silahını himayə edir.

Teqlər