Noy 24, 2017 17:33 Asia/Baku
  • Laricani: Amerikalılar regionda terrorizmin yaranmasının əsas səbəbkarıdırlar
    Laricani: Amerikalılar regionda terrorizmin yaranmasının əsas səbəbkarıdırlar

İran İslam Şurası Məclisinin sədri amerikalıları regionda terrorizmin yaranmasının əsas səbəbkarı adlandırıb və deyib: ABŞ-ın İŞİD terror qruplaşmasını təşkil etməkdəki əsas niyyəti sionist rejimin faydalanması məqsədilə müsəlmanlar arasında qarşıdurma yaratmaqdır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani İstanbulda Asiya Parlament Assambleyasının 10-cu iclasının kənarında TRT televiziyasına verdiyi müsahibədə deyib: Bu gün israillilər İŞİD-in məhv edilməsindən çox narahatdırlar və Livan üçün problemlər yaratmaq ardıncadırlar. 

İŞİD-in işğalında olan ərazilərin azad olunmasını və regionda bu terror qruplaşmasına ağır zərbənin vurulmasını əhəmiyyətli qiymətləndirən Laricani əlavə edib: Suriyada olan terrorçular miqrant terrorçulardır, başqa yerlərə getmələri və təhlükəsizlik problemləri yaratmaları mümkündür. 

İran İslam Şurası Məclisinin sədri amerikalıların ölkələrin İranla əlaqələrindən nigaran olduğunu bəyan edərək bildirib: ABŞ İranı suçlamaqdadır. Halbuki İran İslam Respublikası indiyə qədər heç bir ölkəyə təcavüz etməyib və ölkələri hədələyənlər həmişə amerikalılar olmuşlar. 

Laricani deyib: İranın İraq və Suriyadakı iştirakı onların dövlətlərinin müraciəti əsasında və terrorizmlə mübarizə üçün olmuşdur. 

İran İslam Şurası Məclisinin sədri İraq və Suriyada İŞİD-in məğlub edilməsi ilə amerikalıların regionda başqa planlar icra etmək ardınca olduqlarını deyərək xatırladıb: Türkiyə və İran yeni problemlərlə üzləşməmək üçün ehtiyatlı olmalıdırlar. 

İran İslam Şurası Məclisinin sədri Əli Laricani ötən çərşənbə axşamı günü Asiya Parlament Assambleyasının 10-cu iclasında iştirak və çıxış etmək üçün İstanbula səfər etmişdi. 

Teqlər