İnqilab Rəhbəri: İslam Respublikası zəkatı öz proqramlarının baş lövhəsi etməlidir
İslam İnqilabının Böyük Rəhbəri Zəkat üzrə illik iclasa ünvanladığı müraciətdə bu vacib əməlin yüksək əhəmiyyəti və mövqeyinə toxunaraq zəkatın yerinə yetirilməsində səhlənkarlığı tənqid edib və bildiriblər: İslam Respublikası quruluşu bu böyük vacib əməli öz proqramlarının baş lövhəsi etməlidir.
5-ci Zəkat İclası bu gün Tehranın cənubunda Qumda İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin oxunması ilə başlanıb.
Həzrət Ayətullahülüzma Xamenei zəkatın genişləndirilməsi üçün illik iclasın keçirilməsini ilahi nailiyyətlərdən adlandırıb, İslam Respublikası quruluşu rəsmilərinin zəkatın yerinə yetirilməsində səhlənkarlıqdan Allahın əfvi və bağışlanmasını tələb etmələrini bildirərək dövlətin əlaqədar qurumlarının bütün rəsmilərini bu məsələdə hərtərəfli əməkdaşlığa çağırıblar.
İslam İnqilabının Böyük Rəhbəri Quran-Kərimə istinad edərək zəkatın verilməsini qələbədən sonra haqq yolu mücahidlərinin ən bariz xüsusiyyətlərindən adlandırıb və buna əsasən əlavə ediblər: İslam Respublikası quruluşu islam ehkamının reallaşması və islam cəmiyyətinin təşkil olunması üçün yaranıb. Deməli bu böyük vacib əməli öz proqramlarının prioriteti seçməlidir.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin zəkat haqqında araşdırma və maarif işlərini yetərsiz adlandırıb və ümidvarlıq ediblər ki, zəkatın canlanması və genişləndirilməsi hərəkatı bütün səviyyələrdə layiqli funksiyalarla nəticələnəcək və onun sonsuz bərəkətləri xalqa, ölkəyə və İslam Respublikasının müqəddəs quruluşuna aid olacaq.