İnqilab Rəhbəri: Şəhidlərin xatirəsinin yalançı effektlər sayəsində unudulmasına icazə verilməməlidir
İslam İnqilabının Böyük Rəhbəri şəhidlərin adı və xatirəsi habelə, fədakarlıq və şəhadət ruhiyyəsinin qorunmasının önəminə təkid edərək, deyiblər: Son əsrlərdə tariximizin ən parlaq və üstün simaları İran və İnqilabın müdafiəsinə qalxan fədakar gənclər olublar.
İslam İnqilabının Böyük Rəhbərinin 22 oktyabr 2017-ci il tarixində keçirilən Qərbi Azərbaycanın 12 min şəhidi iclasının təşkilatçıları ilə görüşdə etdikləri çıxışın mətni bu gün Urmiyə şəhərində, iclasın keçirildiyi məkanda qiraət olunub.
Həzrət Ayətullahülüzma Xamenei bu görüşdə xalqın meydana daxil olmadığı zamanlar İranın zillətə düçar olduğu və xalqın meydana daxil olduğu zamanlar isə ölkənin izzətə qovuşduğunu tarixi bir gerçəklik adlandırıb və deyiblər: Yalançı effektlər və əsassız şişirtmələr ilə şəhidlərin xatirəsinin unudulmasına icazə verilməməlidir və şəhidlərlə bağlı iclasların keçirilməsi bu kimi zəhərli fitnələr üçün bir zərdab sayılır.
İslam İnqilabının Böyük Rəhbəri Qərbi Azərbaycan Ostanı əhalisinin İslam İnqilabının qələbə çaldığı dövrdə düşmənlərə qarşı mübarizədəki fədakarcasına iştirakını alqışlayıb və deyiblər: Qərbi Azərbaycan əhalisinin mübarizə meydanında səbli və təmkinli olması və Sərdəştin kimyəvi bombardmana məruz qalması kimi çətin anlar və hadisələr qarşısında dözümlülük nümayiş etdirməsi bu ostan əhalisinin əzəmət nişanəsidir.
Həzrət Ayətullahülüzma Xamenei Qərbi Azərbaycanın xüssiyyətləri və üstünlüklərinin bütün iranlılara tanıtdırılmasını bir zərurət adlandırıb və deyiblər: Qərbi Azərbaycan bütün hadisələr və fitnələr qarşısında şücaətlə dayanıb və bu əzəmət və şücaəti bütün İran xalqına tanıtdırmaq və göstərmək lazımdır.