İslam Birliyi konfransının iştirakçıları İmam Xomeyni(r.ə)-in yüksək mövqeyinə hörmət ifadə ediblər
31-ci beynəlxalq İslam Birliyi konfransında iştirak edən xarici qonaqlar İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in yüksək mövqeyinə hörmət ifadə ediblər.
İslam Məzhəblərinin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi Ayətullah Mohsen Əraki, Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim və "Müasir islam sivilizasiyasının birliyi və tələbləri" adı altında keçirilən 31-ci beynəlxalq İslam Birliyi konfransında iştirak edən bir qrup xarici qonaq bu gün İmam Xomeyni(r.ə)-in pak hərəmində olaraq, əklil qoyub, fatihə qiraət edərək, İmam Xomeyni(r.ə)-in yüksək mövqeyinə hörmət ifadə ediblər.
İslam Məzhəblərinin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi bu mərasimin kənarında müxbirlərə deyib: 31-ci beynəlxalq İslam Birliyi konfransı İslam dünyasının birliyi üzrə İmam Xomeyni(r.ə)-in yüksək amallarının reallaşması istiqamətində təşkil olunub və bu gün bu konfransın iştirakçıları İmam Xomeyni(r.ə)-in pak hərəmində olaraq, onun amalları ilə beyətlərini təzələyiblər.
Ayətullah Əraki İslam Birliyi konfransının keçirilməsini İslam alimləri və mütəfəkkirlərinin İslam dünyasının birliyinə çatmaq üzrə qarşılıqlı təfəkkürü istiqamətində təsirli addım adlandırıb.
İslam Məzhəblərinin Yaxınlaşdırılması Ümumdünya Assambleyasının baş katibi həmçinin deyib: İŞİD-in və təkfirilərin məğlubiyyətilə İslam dünyası yeni bir mərhələyə daxil olub və İslam Birliyi konfransında təklif olunan proqram və layihələr İslam dünyasının yeni mərhələsinə uyğun olmalıdır.
"Müasir islam sivilizasiyasının birliyi və tələbləri" adı altında keçirilən 31-ci beynəlxalq İslam Birliyi konfransı dekabrın beşindən yeddisinədək Tehranda keçirilir.