İnqilab Rəhbəri İranın ağırlıqqaldırma yığmasını alqışlayıblar
İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə ağırlıqqaldırma üzrə Dünya Çempionatının qalibi olan İran İslam Respublikasının yığma komandasını alqışlayıblar.
İran İslam Respublikasının ağırlıqqaldırma üzrə yığma komandası ABŞ-da keçirilən Dünya Çempionatında 5 qızıl, 3 gümüş, 6 bürünc medalla və 509 xalla çempion olub. İran yığması bu yarışlarda dörd çəkidə 8 idmançı ilə iştirak edib.
Ağırlıqqaldırma üzrə Dünya Çempionatı 27 noyabrdan 5 dekabra qədər ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilib.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei həmçinin Polşada güləş üzrə U-23 Dünya Çempionatında 86 kq çəki dərəcəsində sionist rejim nümayəndəsi ilə qarşılaşmaqdan imtina edən iranlı güləşçi Əlirza Kərimini alqışlayıblar.
Əlirza Kərimi bu çəki dərəcəsində qızıl medalın favoritlərindən sayılırdı.