ƏMTP-dən sonra Britaniyanın İranla iqtisadi əməkdaşlıq etməməsi tənqid olunub
İranın İslami Şura Məclisinin sədri dünən Tehranda Britaniyanın Xarici İşlər Naziri Boris Canson ilə görüşündə Britaniyanın İranla ƏMTP-dan sonra iqtisadi əməkdaşlıq etməməməsini qınayıb və deyib: Britaniya hələ İranın Londondakı səfirliyinin bank problemini belə həll etməyib.
İRNA-nın verdiyi məlumata görə, Əli Laricani bəzi Avropa ölkələrinin Əhatəli Müştərək Təşəbbüs Proqramının razılaşdırılmasından sonra İran İslam Respublikası ilə iqtisadi əməkdaşlıqlar üçün Britaniyadan daha çox səylər həyata keçirdiklərini bildirərək deyib: İran AB ilə iqtisadi əlaqələrini genişləndirmək istəyir.
İslami Şura Məclisinin sədri həmçinin ABŞ və Britaniyanın Əfqanıstan və İraqa təcavüzünə işarə edərək deyib:Bu hücumlar regionda terrorizmin amili idi.
Laricani Britaniyanın Ali-Xəlifə və Ali-Səud rejimlərinə dəstəyinə toxunaraq deyib: Ali-Xəlifə və Ali-Səud rejimləri Londonun dəstəyi ilə Bəhreyn və Yəmənin məzlum xalqlarını qanına qəltan edir.
Bu görüşdə Boris Canson da Britaniyanın ƏMTP-yə dəstək verdiyini bildirərək deyib: ƏMTP çox önəmli bir razılaşmadır.
Britaniyanın xarici işlər naziri İran İslam Respublikasına səfərdə məqsədinin iki ölkə arasında müxtəlif siyasi, iqtisadi və parlament sahələrdində əməkdaşlıqların genişləndirilməsi olduğunu bildirərək deyib: London iranlı turistlərin Britaniyaya səfərində maraqlıdır.
Boris Canson Britaniyanın bəzi səhv hərəkətlərinə o sıradan bəzi region ölkələri ilə əlaqədar siyasətlərinə etiraf edərək deyib: London sakitlik və təhlükəsizliyin regiona qayıtmalı olduğu qənaətindədir.