Salehi: ƏMTP-ni mühafizə üçün bank maneələri aradan qaldırılmalıdır
İranın Atom Enerjisi Təşkilatının sədri Əhatəli Müştərək Təşəbbüs Proqramının mühafizəsi üçün bank sahəsi də daxil əməkdaşlıq maneələrinin aradan qaldırılmalı olduğunu bildirib.
Əli Əkbər Salehinin Tehranda Britaniyanın xarici işlər naziri Boris Conson ilə görüşündə iki ölkə arasında xüsusiylə bank sahəsində əməkdaşlıqlar qarşısında duran maneələri şərh edərək, iqtisadi əməkdaşlıqlar, ticarət və bank əlaqələrinin genişləndirilməsi regional və beynəlxalq sahələrdəki əməkdaşlıqlarının son durumu barədə fikir mübadiləsi aparılıb.
Salehi İran İslam Respublikasının ƏMTP kimi beynəlxalq öhdəliklərinə sadiq qalmaqdakı prinsipial mövqeinə təkid edərək İranın bu prossesin davam etməsində öz faydalarının müşahidə etməli olduğunu deyib.
Britaniyanın XİN başçısı da ölkəsinin ƏMTP-yə dəstək verdiyini bildirib və bu beynəlxalq razılaşmanın mühafizə edilməsini əhəmiyyətli adlandırıb.