Laricani: İran Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək
Dek 11, 2017 19:34 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: İran Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək və ümid edirik ki, bu məsələ tez bir zamanda sülh və dostluq ilə başa çatacaq.
Əli Laricani bu gün Tehranda Ermənistan-İran parlament dostluğu qrupunun erməni həmsədri Vahram Baqdasaryan ilə görüşdə əlavə edib: Siyasi münaqişələrə son qoymağın ən yaxşı həll yolu, müzakirə və dialoqdur, zura hazırda regionda yetərincə münaqişə və toqquşma mövcuddur və daha artıq militarizmi qızışdırmaq heç bir ölkənin xeyrinə olmayacaqdır.
İran parlamentinin sədri deyib: İran bir ölkəyə dostluq əlini uzadarkən sonadək həmin yolu davam etdirəcək və İraq və Suriya böhranlarında və terrorizmlə mübarizə məsələlərində bu məsələni sübuta yetiribdir.