Dek 12, 2017 14:18 Asia/Baku
  • ƏMTP-nin müştərək komissiyasının iclası şərh edilib
    ƏMTP-nin müştərək komissiyasının iclası şərh edilib

İranın xarici işlər nazirinin müavini deyib: Sabah Vyanada keçiriləcək Əhatəli Müştərək Təşəbbüs Proqramının müştərək komissiyasının iclasında nüvə məsələsi və İranın öhdəlikləri, qarşılıqlı əməkdaşlıqlar və mövcud problemlərin eləcədə sanksiyaların aradan qaldırılması mövzuları prioritet təşkil edəcək.

Abbas İraqçı dünən Asiyanın qərbində regional təhlükəsizlik və super güclər adlı iclasın kənarında müxbirlərə deyib: ƏMTP-nin müştərək komissiyasının iclasında Ərak reaktorunun modernləşdirilməsi, Avropa Birliyi ilə sülhməramlı nüvə əməkdaşlıqları tərzi və nüvə təhlükəsizliyi barədə danışıqlar aparılacaq. 

İİR XİN başçısının beynəlxalq məsələlər üzrə müavini deyib: İclasda xüsusiylə Amerika tərəfindən öhdəliklərin yerinə yetirilməməsi və pozulması halları da müzakirə ediləcək. 

İraqçı Britaniyanın xarici işlər nazirnin Tehrana səfəri və onun İranın raket fəaliyyətləri barədə ehtimal olunan açıqlaması barədə isə deyib: İranın raket proqramı İran İslam Respublikası ərazilərini müdafiə məqsədini güdür və rəsmi Tehran bu müdafiə qabiliyyətini heç cür itirməyəcək və bu müzakirə mövzusu ola bilməz.

Teqlər