Dek 16, 2017 18:22 Asia/Baku
  • Zərif: İranın ətrafındakı bəzi ölkələrin həyatı və ölümü böyük qüdrətlərdən asılıdır
    Zərif: İranın ətrafındakı bəzi ölkələrin həyatı və ölümü böyük qüdrətlərdən asılıdır

İranın xarici işlər naziri bildirib ki, İranın ətrafındakı bəzi ölkələr ya NATO-nun himayə çətiri altındadırlar, ya da ki, nüvə qüdrətinə malikdirlər. O, deyib: Bu ölkələrin həyatı və ölümü böyük qüdrətlərdən asılıdır.

Məhəmməd Cavad Zərif bu gün Tehranda "İranın cəza qanunlarında insan haqları qaydalarının əks etdirilməsi" konfransında əlavə edib: İranın ətrafındakı bəzi ölkələr Amerika prezidenti Donald Trampın bir asqırığı ilə titrəyir, bir gülüşü ilə isə xumar olurlar.

İranın xarici işlər naziri həmçinin insan haqlarının ölkələrin əsas qüdrəti olduğunu vurğulayaraq, qeyd edib ki, insan haqları İran İslam Respublikası üçün mühümdür.

Məhəmməd Cavad Zərif deyib: İran, islami olduğuna görə, daim xalqın nemət mənbəyi olduğunu vurğulayıb və insanların hüquqlarına hörmətlə yanaşıbdır.

İranın xarici işlər naziri insan haqlarını İranın islami quruluşu üçün strateji bir dəyər adlandırıb və bildirib ki, İranın həyatı bu hüquqlara riayətdən asılıdır.

İranın xarici işlər naziri həmçinin Tehranın xarici siyasəti haqda deyib: İran İslam Respublikası asılı olmamağı və zəiflərin hüquqlarının müdafiəsini əsas götürübdür.

Teqlər