Laricani: İran və AR həmişə dost olaraq qalacaqlar
İran İslam Şurası Məclisinin sədri deyib: İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələr uzun keçmişə malikdir və bu iki ölkə həmişə bir-birinin dostu və arxası olacaqdır.
Əli Laricani Tehranda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə deyib: Regionun hazırkı şəraiti və mövcud əmin-amansızlıqlar İran ilə Azərbaycan Respublikası arasındakı siyasi və təhlükəsizlik əlaqələrinin genişlənməsinə səbəb olubdur ki, regionda sülh və asayişin bərqərarına kömək etmək mümkün olsun.
İran İslam Şurası Məclisinin sədri Xəzər dənizinin neft bölməsində daha artıq əməkdaşlıqların vacibliyinə toxunaraq, vurğulayıb: İki ölkənin prezidentləri arasında münasib dialoqlar aparılıb və ümid edirik ki, Xəzər geniş əməkdaşlıqlar, sülh və asayiş zəmini olacaqdır.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da bu görüşdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində olan bir dövlət adlandıraraq, deyib: İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələr dostluq və qardaşlığa söykənən əlaqələrdir və iki ölkə arasındakı bu dostluq daimi olacaqdır.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri söyləyib: İki ölkənin parlament dostluğu qrupu iki ölkə əlaqələrinin yüksəlməsində mühüm rol oynaya bilər.
O, həmçinin iki ölkə arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi vacibliyini vurğulayıb.
Naxçıvan Azərbaycan Respublikasının bir hissəsi olaraq, 1924-cü ilin fevralında muxtar respublika kimi təsis olundu.