Zərif: İran öz maraqlarını güclü, modern və stabil bir regionda izləyir
İranın xarici işlər naziri bildirib ki, Tehran öz maraqlarını güclü, modern və stabil bir regionda izləyir. O, deyib: İran region ölkələrinin ərazi bütövlüyü və istiqlaliyyətinin qorunmasını vurğulayır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda keçirilən ilk xarici əlaqələr konfransında bildirib ki, hazırkı vəziyyətdə İran region dəyişikliklərində təsirli və uğurlu oyunçudur. O, deyib: İranlılar qədim zamanlardan bəri dövlətlər və xalqlarla əlaqələrin qurulmasında mühüm paya malik olublar və bu məsələ sivilizasiya və mədəniyyət əlaqələri zəminində davam edib və diplomatik münasibətlər formasında bu günədək davam edir.
İran xalqının tarix boyu olmuş müqavimət keçmişinə işarə edən Zərif əlavə edib: Regional və beynəlxalq hay-küy qoparanlar azacıq da olmuş olsa belə, İranın müqavimət tarixini mütaliə etsinlər.
İranın xarici işlər naziri vurğulayıb ki, İran xalqı özünün hərtərəfli istiqlaliyyəti, ərazi bütövlüyü və mahiyyətinin qorunmasında son dərəcə həssasdır. O, deyib: Dəfələrlə təcrübədən keçdiyi kimi, İran xalqı bu yüksək dəyərlərin qorunması üçün canfəşanlıq edibdir.