Zərif: İran-Türkiyə-AR həmkarlıqları artacaq
İranın xarici işlər naziri deyib: İran, Türkiyə və Azərbaycan Respublikasının özəl sektorları üç ölkənin həmkarlıq səviyyəsinin artması üçün üçtərəfli müzakirələrə daxil olacaqlar.
Məhəmməd Cavad Zərif bu gün İran, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli iclasında əlavə edib: Bu üç ölkə tarixi, mədəni və coğrafi bağlara malikdir və İran, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin iclası regional həmkarlıqların artması üçün olduqca faydalı və səmərəli bir metoddur.
İranın xarici işlər naziri İran, Türkiyə və Azərbaycan Respublikası arasındakı bir çox əməkdaşlıq sahəsinə toxunaraq, deyib: Bu iclasda müxtəlif mövzular, o cümlədən ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı elan etmək üzrə son qərarı ilə müxalifət, tranzit, energetika və turizm sahələrində əməkdaşlıq, eləcə də iqtisadi və mədəni sahələrdə üç ölkənin milli maraqlarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq barədə yaxşı məşvərətlər aparılıb.
Zərif həmçinin deyib ki, Tehran İran, Türkiyə və Azərbaycan Respublikası arasındakı əməkdaşlıqların özəl sektorların iştirakı ilə daha da genişlənməsini istəyir.
İran, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin beşinci üçtərəfli iclası regionun sülhü və sabitliyinə kömək yolları xüsusiyyət təşkil etməklə regional, siyasi və iqtisadi əməkdaşlıq sahələrinin araşdırılması məqsədilə bu gün Bakıda keçirilib.
İranın xarici işlər naziri dünən axşam Bakıya daxil olub və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. O, həmçinin Azərbaycan Respublikasında yaşayan iranlılar qarşısında çıxış edib.
İranın xarici işlər naziri habelə bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşərək, onunla ikitərəfli əlaqələrin xüsusən bank sektorunda genişləndirilməsi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıbdır.