Tehranda və onun ətrafında zəlzələ
Dünən gecə rixter şkalası ilə 5,2 bal gücündə yeraltı təkan Tehranı titrədib.
Bu yeraltı təkan İranın şimalında yerləşən Gilan vilayətində, Tehran vilayətinin qərbində yerləşən Əlborz, cənubunda yerləşən Qom və qərbində yerləşən Qəzvin vilayətlərində də hiss olunubdur.
Zəlzələnin episentri Əlborz vilayətinin mərkəzi olan Kərəc şəhərinin cənubundan on kilometr aralıda və Tehran şəhərinin qərbinin 40 kilometrliyində olubdur.
Bu zəlzələ İran vaxtı ilə saat 23-27 dəqiqədə yerin 7 kilometr dərinliyində baş verib.
İranın Böhranın İdarə Olunması Təşkilatının sədri İsmayıl Nəccar bildirib ki, bütün yardım, hüquq-mühafizə və xidmət orqanları tam hazır vəziyyətdədirlər.
Son həftələrdə bir neçə şiddətli yeraltı təkan İranın müxtəlif vilayətlərini, o sıradan Kermanşah və Kerman vilayətlərini titrədibdir ki, onların nəticəsində bir qrup vətəndaş həyatını itiribdir.