Laricani: Terrorizm dünya, əsasən də Asiyanın ən önəmli problemidir
https://azeri.sahartv.ir/news/İran-i290131-laricani_terrorizm_dünya_əsasən_də_asiyanın_ən_önəmli_problemidir
İran İslam Şurası Məclisinin sədri deyib: Terrorizm fenomeni dövlətlər və xalqların inkişafı, rifahı və məqsədlərinin irəliləməsinə mane olmuşdur və hazırda dünya, əsasən də Asiyanın önəmli problemlərindən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2017 08:44 Asia/Baku
  • Laricani: Terrorizm dünya, əsasən də Asiyanın ən önəmli problemidir
    Laricani: Terrorizm dünya, əsasən də Asiyanın ən önəmli problemidir

İran İslam Şurası Məclisinin sədri deyib: Terrorizm fenomeni dövlətlər və xalqların inkişafı, rifahı və məqsədlərinin irəliləməsinə mane olmuşdur və hazırda dünya, əsasən də Asiyanın önəmli problemlərindən biridir.

İran Parlament informasiya agentliyinin məlumatına görə, Əli Laricani bu gün Pakistan paytaxtı İslamabadda "Terrorizmlə mübarizənin yolları və regional əməkdaşlığın rolu" araşdırma iclasında deyib: Xüsusi xidmət orqanlarının maliyyə və silah imkanları verməklə terror qruplarından vasitə kimi istifadə etmələri terror qruplaşmalarının artmasına səbəb olub. 

Regionda terrorizmin genişlənməsinin əsas səbəblərindən birini mədəni məsələlər adlandıran Laricani deyib: Əfqanıstanın SSRİ, sonra isə ABŞ və NATO tərəfindən işğal olunması terror qruplaşmalarının yaranması və genişlənməsinə səbəb oldu. 

İran parlamentinin sədri neft bazarını idarə etmək və bəzi region ölkələrinin ehtiyatlarına əl qoymaq məqsədilə regionda ixtilafların artmasını terrorizmin bölgədə genişlənməsinin başqa səbəbi adlandırıb və deyib: Təhqir və ayrı-seçkiliyə əsaslanan davranış gənclərin terror qruplaşmalarına qoşulmalarıın əsas səbəblərindəndir. 

O həmçinin regionda sionistlərin ekspansionist hərəkətlərinə toxunub və deyib: Region ölkələrinin enerjisini bitirmək üçün terrorçuların gücləndirilməsi ilə bağlı onların strategiyası uzunmüddətli məqsədləri üçün özlərinə daha güclü atmosferin yaradılması məqsədini daşıyır.