Laricani İslamabadda Pakistan Senatının sədri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i290153-laricani_İslamabadda_pakistan_senatının_sədri_ilə_görüşüb
İran İslam Şurası Məclisinin sədri Tehranın İslamabadla siyasi, təhlükəsizlik, iqtisadi və parlament əməkdaşlıqlarının inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2017 11:16 Asia/Baku
  • Laricani İslamabadda Pakistan Senatının sədri ilə görüşüb

İran İslam Şurası Məclisinin sədri Tehranın İslamabadla siyasi, təhlükəsizlik, iqtisadi və parlament əməkdaşlıqlarının inkişaf etdirilməsinə hazır olduğunu bildirib.

İRİB-in məlumatına görə, Əli Laricani bazar günü İslamabadda "Terrorizmlə mübarizənin problemləri və regional əməkdaşlıqların rolu" adlı konfransın kənarında Pakistan Senat Məclisinin sədri Rza Rəbbani ilə görüşdə ABŞ-ın Əfqanıstandakı uğursuz iştirakına toxunub və deyib: ABŞ Əfqanıstandakı problemini həll etmək üçün başqa ölkələri suçlamağa çalışır.

İran parlamentinin sədri bildirib: ABŞ islam ölkələrinin əmlakını qarət etmək ardıncadır və elə buna görə, yeni planlarla bəzi ölkələri aldadıb.

Pakistan Senat Məclisinin sədri Rza Rəbbani də bu görüşdə ABŞ-ın Qüds haqdakı son qərarının Fələstində başqa bir intifazənin formalaşması və gərginliyin artmasına səbəb olduğunu bildirib və islam ölkələrinin əməkdaşlıqlarını vurğulayıb.