Laricani: ABŞ-ın milli təhlükəsizlik strategiyası yanlış təhlillər üzərindədir
İran İslam Şurası Məclisinin sədri deyib: ABŞ öz strateji sənədində İraq və Suriyada İŞİD terror qruplaşmasını öz adına qeydə aldı. Halbuki İran, Rusiya və Türkiyə bu işi etdi və ABŞ-ın bu sahədə heç bir rolu olmayıb.
İran parlamenti informasiya agentliyinin məlumatına görə, Əli Laricani Pakistan paytaxtı İslamabadda Regional Əlaqələrin Yüksəldilməsi Vasitəsi ilə Birgə Rifah İstiqamətində Perspektivlərin Müəyyənləşməsi iclasında deyib: NATO və ABŞ 2001-ci ildən Əfqanıstanda yerləşərək bu ölkədə narkotik maddələrin istehsalını 9000 tona çatdırıblar və narkotik maddələrin istehsalının 45 dəfə artmasına səbəb olublar. Belə bir halda ABŞ narkotik maddələrin qaçaqçılarının məhv edilməsini iddia edir.
İran parlamentinin sədri bildirib: Vaşinqton uzun müddət idi ki, fələstinlilərin rəyinin əksinə olaraq öz səfirliyini Beytül-Müqəddəsə köçürmək niyyətində idi. Halbuki ABŞ-ın milli təhlükəsizlik strategiyası sənədində Fələstin və İsrail arasında sülhün reallaşmasına toxunulub.