Laricani: Amerika bütün problemlərin mənşəyidir
İran İslam Şurası Məclisinin sədri Əfqanıstan parlamentinin sədri ilə görüşdə deyib ki, Amerika Əfqanıstan və regiondakı bütün problemlərin mənşəyidir.
Əli Laricani bu gün İslamabadda Əfqanıstan nümayəndələr məclisinin sədri Əbdurrəuf Ebrahimi ilə görüşdə Vaşinqtonun Kabil qarşısındakı yeni strategiyası barədə əlavə edib: Problemlərin əsas kökü, Amerikanın Əfqanıstanda və regiondakı siyasətləridir.
Laricani ABŞ-ın regionda İŞİD-ə dəstək verdiyini vurğulayaraq, bildirib ki, əmin-amansızlıqların davam etməsi Amerikanın xeyrinə və silah satışı üçündür.
Əfqanıstan nümayəndələr məclisinin sədri Əbdurrəuf Ebrahimi də bu görüşdə İŞİD terrorçularının Əfqanıstandakı iştirakının artmasından nigarançılıq edərək, deyibdir ki, əfqan mühacirlər hələ öz ölkələrinə geri dönmək üçün münasib şəraitə malik deyillər.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani "Terrorizmlə mübarizə problemləri və regional əməkdaşlıqların rolu" adlı konfransda iştirak etmək üçün İslamabada səfər edibdir.
Pakistan milli məclisinin təşəbbüsü, eləcə də altı ölkənin, o sıradan İran İslam Respublikası, Pakistan, Rusiya, Əfqanıstan, Çin və Türkiyənin iştirakı ilə keçirilən bu iclas Pakistanın paytaxtı İslamabadda təşkil olunubdur.