Dek 26, 2017 12:20 Asia/Baku
  • Myanmaya qarşı qətnaməyə səs vermədə İranın iştirak etməməsinin səbəbi
    Myanmaya qarşı qətnaməyə səs vermədə İranın iştirak etməməsinin səbəbi

İran İslam Respublikasının Birləşmiş Millətlət Təşkilatındakı nümayəndəliyinin ofisi BMT-nin Myanma dövlətinə qarşı qətnaməsinə səsvermədə İranın iştirak etməməsinin səbəbini açıqlayıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İranın Nyu-Yorkdakı nümayəndəlik ofisi bildirib: Son 30 ildə İran üçüncü komitənin siyasiliyinin qurbanlarından biri olmuşdur. 

Ofis İranın illərdir üçüncü komitəni siyasi adlandırdığına və ölkələrin durumunu gündəmə gətirmək üçün əlverişli olmadığını bildirməsinə toxunaraq deyib: Bu komitə sadəcə onun banilərinin siyasi məqsədlərini güdür, buna Suriyaya qarşı Səudiyyə Ərəbistanının və İrana qarşı Kanadanın qətnamələrini misal göstərmək olar. 

Çin, Suriya və Rusiya kimi insan haqları mövzusunda eyni fikirdə olan bir çox ölkələr Myanma qətnaməsinin əlayhinə səs verdilər və Kuba kimi ölkələr də səsvermədə iştirak etmədi. 

İran İslam Respublikası  özünün üçüncü komitənin etibarsızlığına dair prinsipial siyasətinə toxunaraq Myanma qətnaməsinə səsvermədə iştirak etməməyə təkid etdi. 

Teqlər